16 
Iyl
2026
12:01
114

Gürcüstanda Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib

Gürcüstan Prezidenti sarayında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi keçirilib.

InterPress.ge xəbər verir ki, rəsmi mərasim zamanı Gürcüstan və Türkmənistanın dövlət himnləri səsləndirilib.

Qarşılanma mərasimindən sonra Gürcüstan Prezidenti ilə Sərdar Berdiməhəmmədov arasında təkbətək görüş keçirilməsi nəzərdə tutulub.

Səfər çərçivəsində sabah Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Türkmənistan Prezidenti arasında da təkbətək görüş baş tutacaq. Bundan əlavə, nazirlərin iştirakı ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu gün Gürcüstana rəsmi səfərə gəlib. Tbilisi Beynəlxalq Hava Limanında onu və nümayəndə heyətini Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani qarşılayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər