18 
Iyl
2026
11:08
126

Tbilisidə bıçaqla hədələyərək mobil telefonu qəsb edən şəxs saxlanılıb

Tbilisi Polis Departamentinin Didube-Çuğureti Baş İdarəsinin əməkdaşları soyğunçuluq və hədə-qorxu ittihamı ilə bir nəfəri isti izlərlə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə bir nəfəri bıçaqla hədələyərək öldürəcəyi ilə qorxudub və onun mobil telefonunu əlindən alıb.

Polis tərəfindən keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində şübhəli şəxs isti izlərlə saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları soyğun yolu ilə ələ keçirilmiş mobil telefonu, həmçinin hədə-qorxu üçün istifadə olunan bıçağı maddi sübut kimi götürüblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 178-ci (soyğunçuluq) və 151-ci (hədə-qorxu) maddələri ilə istintaq aparılır.

Təqsirləndirilən şəxsi 6 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın