19 
Iyl
2026
20:42
299

Toy zamanı insident – Xarici ölkə vətəndaşına xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Telavidə keçirilən toy mərasimi zamanı baş verən insidentlə bağlı bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Kaxeti Polis Departamentinin əməkdaşları qəsdən yüngül xəsarət yetirmək ittihamı ilə bir nəfəri saxlayıblar.

İstintaqın məlumatına əsasən, hadisə Telavidə yerləşən hotellərdən birində toy mərasimi zamanı baş verib. Şahidlərin ifadələrinə görə, hoteldə istirahət edən xarici ölkə vətəndaşları otaqlarının eyvanından toy iştirakçılarını təhqir edib və musiqi avadanlığının üzərinə su töküblər.

Bundan sonra tərəflər arasında mübahisə yaranıb və saxlanılan şəxs xarici ölkə vətəndaşı olan bir qadına fiziki xəsarət yetirib.

Zərərçəkən tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli şəxsi saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən yüngül bədən xəsarəti yetirmə) ilə istintaq aparılır. Həmin maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın