23 
Iyl
2026
17:25
824

Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

Gürcüstan Milli Ətraf Mühit Agentliyi 23 iyulun axşam saatlarından 24 iyulun səhər saatlarınadək ölkənin əksər ərazilərində hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

InterPress.ge xəbər verir ki, agentliyin məlumatına görə, Raça-Leçxumi və Kvemo Svaneti, Sameqrelo-Zemo Svaneti, İmereti, Samtsxe-Cavaxeti, Şida Kartli, Kvemo Kartli, Msxeta-Mtianeti və Kaxeti regionlarının bəzi ərazilərində güclü yağış gözlənilir. Həmçinin, şimşək, dolu və güclü külək ehtimalı var.

Məlumata əsasən, gözlənilən güclü yağıntılar çaylarda suyun səviyyəsinin artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.

Bizimlə əlaqə saxlayın