Tengiz Şarmanaşvili: ABŞ səfirliyi narahatlığının konkret səbəbini açıqlamalıdır
“Gürcü Arzusu” Partiyasının deputatı Tengiz Şarmanaşvili ABŞ-ın Gürcüstandakı səfirliyinin nifrət nitqi ilə mübarizə idarəsi ilə bağlı bəyanatına münasibət bildirib.
InterPress.ge xəbər verir ki, Şarmanasşilinin sözlərinə görə, ABŞ səfirliyinin bəyanatına cavabı, ehtimal ki, Gürcüstan Xarici İşlər Nazirliyi verəcək.
“ABŞ səfirliyinə müvafiq cavabı, yəqin ki, Xarici İşlər Nazirliyi verəcək. Çünki bizim qanunvericiliyimiz insanların ictimai şəkildə təhqir olunmasını qadağan edir. Bu tamamilə normaldır və belə qanunvericilik təkcə Gürcüstanda deyil, Avropanın əksər ölkələrində də qüvvədədir. Əgər onların bununla bağlı sualları varsa, əminəm ki, Xarici İşlər Nazirliyi cavab verəcək”, – deyə Şarmanaşvili bildirib.
Deputat qeyd edib ki, ABŞ səfirliyi konkret olaraq niyə narahat olduğunu izah etməlidir.
“Onlar konkret deməlidirlər ki, niyə narahatdırlar. Məsələn, Almaniyada məhkəmə təcrübəsi fərqlidirmi? Fridrix Merts barədə işlədilən ifadələrə görə bir şəxs cərimələndi və Almaniya məhkəməsi bildirdi ki, belə davranış yolverilməzdir.
O zaman aydınlaşdırılmalıdır ki, hansı məhkəmə təcrübəsi doğrudur. Əgər deyilirsə ki, avropalılara olar, Gürcüstana isə olmaz, bu bizim üçün qəbuledilməzdir. Əgər Almaniya və ya Böyük Britaniya məhkəmələrinin təcrübəsinin yanlış olduğu deyilərsə, biz də öz yanaşmamıza yenidən baxarıq. Amma deyilsə ki, onlara olar, gürcülərə olmaz, bu, diskriminasiya və yanlış yanaşmadır”, – deyə o vurğulayıb.
Şarmanashvili bildirib ki, ifadə azadlığı, təhqir və nifrət nitqi arasındakı sərhədi həm Avropa, həm də milli səviyyədə yalnız məhkəmə müəyyən edə bilər.
Xatırladaq ki, ABŞ-ın Gürcüstandakı səfirliyi *Radio Azadlıq”ın sosial şəbəkələrdə siyasətçilərin təhqirinə görə vətəndaşların saxlanılması və yeni yaradılmış nifrət nitqi ilə mübarizə idarəsi ilə bağlı sualına cavab olaraq bildirmişdi ki, bu qurumun yaradılması onları narahat edir.
“Yalan və yanlış fikirlərə ən yaxşı cavab daha çox söz azadlığıdır, məcburi şəkildə tətbiq edilən sükut deyil”, – deyə ABŞ səfirliyi qeyd edib.


