29 
Iyl
2026
14:32
73

“Vahid Milli Hərəkat” iyulun 30-da Siyasi Şura iclası keçirəcək

İyulun 30-da saat 15:00-da “Vahid Milli Hərəkat” Partiyası Siyasi Şuranın iclasını keçirəcək.

InterPress.ge xəbər verir ki, partiyanın liderlərindən biri Petre Tsiskarişvili bildirib ki, iclasda əsasən partiyanın qurultayı ilə bağlı məsələlər müzakirə olunacaq və qurultayın keçirilmə tarixi müəyyənləşdiriləcək.

“Siyasi Şuranın iclası əsasən qurultay öncəsi hazırlıq işlərinə həsr olunacaq. İclasın gündəliyində qurultayın keçirilməsi məsələsi olacaq – nümayəndələrin çağırılması qaydası, qurultayın tarixi və digər məsələlər. Siyasi Şuranın üzvləri Gürcüstanın bütün bölgələri üzrə məlumatlandırılıblar”, – deyə Petre Tsiskarişvili bildirib.

Qurultayda “Vahid Milli Hərəkat” partiyasının yeni sədri seçiləcək.

Partiyanın sabiq sədri Tina Bokuçavanın partiya nizamnaməsi ilə müəyyən edilmiş 2 illik səlahiyyət müddəti cari ilin 8 iyul tarixində başa çatıb.

Bizimlə əlaqə saxlayın