Azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün birgə təlim proqramı keçiriləcək
Azərbaycan Respublikası ilə Gürcüstan arasında hökumətlərarası əməkdaşlıq çərçivəsində azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün birgə təlim proqramı hazırlanıb.
InterPress.ge xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi arasında əldə olunmuş razılaşmaya əsasən, Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyində fəaliyyət göstərən LEPL – Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzi (TPDC) tərəfindən birgə təlim proqramı hazırlanıb.
Proqram Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün nəzərdə tutulub.
Cari ilin 17–24 avqust tarixlərində təlim proqramında və kurslarda iştirak etmək istəyən azərbaycandilli ibtidai sinif müəllimləri qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün aşağıdakı keçiddən istifadə etmək mümkündür:


