31 
Avq
2026
23:02
72

Məktəbli formalarının satışı sentyabrın 1-dən başlayır – ölkə üzrə 83 satış məntəqəsi fəaliyyət göstərəcək

Məktəbli formalarının satışı sentyabrın 1-dən başlayacaq. Birinci sinif şagirdlərinin valideynləri məktəbli formalarını həm satış məntəqələrindən, həm də onlayn şəkildə əldə edə biləcəklər.

InterPress.ge xəbər verir ki, formaların onlayn alınması üçün formebi.emis.ge elektron platformasından istifadə etmək mümkün olacaq.

Məlumata görə, ölkə üzrə məktəbli formalarının satışı üçün ümumilikdə 83 məntəqə fəaliyyət göstərəcək.

Qeyd edək ki, 2026-2027-ci tədris ilindən etibarən Gürcüstanın bütün dövlət məktəblərində I-VI sinif şagirdləri üçün məktəbli forması məcburi olacaq.

Məktəbli forması müəyyən sosial kateqoriyalara aid dövlət məktəblərinin ibtidai sinif şagirdlərinə pulsuz veriləcək. Bunlara sosial cəhətdən həssas ailələrin məlumat bazasında qeydiyyatda olan və ailəsinin reytinq balı 65 001-dən aşağı olan şagirdlər, həmçinin çoxuşaqlı ailələrin üzvləri və müəyyən sosial statusa malik uşaqlar daxildir.

Pulsuz forma həmçinin himayədar ailə proqramına cəlb olunan, kiçik ailə tipli evlərdə yerləşdirilən, evsiz uşaqlar üçün sığınacaq xidmətindən yararlanan, Tbilisi uşaq evində yerləşdirilən şagirdlərə veriləcək.

Bundan əlavə, 2022-ci il fevralın 24-də Ukraynada başlayan müharibə nəticəsində Ukrayna məktəblərində ümumi təhsillərini davam etdirə bilməyən və Gürcüstanın dövlət məktəblərinə qəbul olunan uşaqlar da məktəbli formasını pulsuz əldə edə biləcəklər.

 

Formalar hardan alına bilər: https://www.interpress.ge/read/68584

Bizimlə əlaqə saxlayın