09 
Sen
2026
20:39
108

Saakaşvili: “Qaribaşvili hələlik yalnız İvanişviliyə hürür”

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili keçmiş baş nazir İrakli Qaribaşvilinin son açıqlamalarına münasibət bildirib.

InterPress.ge xəbər verir ki, Saakaşvili sosial şəbəkə hesabında paylaşım edərək, İrakli Qaribaşvilinin hələlik Bidzina İvanişviliyə qarşı yalnız dolayı mesajlar verdiyini bildirib.

Eks-prezident hakimiyyət nümayəndələrinə müraciət edərək, “diktaturanın günlərinin sayılı olduğunu” bildirib və onların “oğurlanmış pulları” gələcək demokratik hökumətə təhvil vermələrinin öz talelərini yüngülləşdirəcəyini qeyd edib.

“Qaribaşvili hələlik yalnız İvanişviliyə hürür, çünki ‘Asaval-Dasavali’nin uydurma hekayələri ilə kifayətlənir və bununla diktatoru yumşaq şəkildə xəbərdar edir. Lakin o, həqiqətən baş vermiş cinayətlər, yalnız şayiə səviyyəsində eşitmədiyi və əksəriyyətində özünün də iştirak etdiyi cinayətlər barədə danışmağa və hər şeyin necə baş verdiyini ətraflı izah etməyə başlayanda, onu dişləyəcək və bütün həyatı boyu əlindən qidalandığı sahibinə real zərər vuracaq.

Zarafatı bir kənara qoyaq, mən tam ciddi şəkildə repressiyalar vasitəsilə pul almağa çalışan xəsis Çorvila diktatorunun təzyiqinə məruz qalan nüfuzlu ‘kotsi’lərə müraciət etmək istəyirəm. Əgər ona pul vermək qərarına gəlsəniz, bu sizi uzun müddət qorumayacaq. Çünki despot acgöz və etibarsızdır, müəyyən vaxtdan sonra sizdən daha çox pul tələb edəcək.

Bəli, Kaxi Kaladze, seçkilərdən əvvəl İvanişviliyə 700 milyon verməyin tamamilə mənasız idi. Giorgi Baçiaşvilinin milyardı və Mayamidə 50 milyona satılan evdən əldə edilən pul da sizi uzunmüddətli perspektivdə xilas etməyəcək.

İstəyirəm ki, gözlərinizi açasınız və anlayasınız: diktaturanın günləri sayılıdır. Oğurlanmış pulları saxlayın ki, yaxın gələcəkdə demokratik hökumətə təhvil verəsiniz. Bununla öz taleyinizi daha da yüngülləşdirəcəksiniz. Bu halda həmin pullar da xalqın ehtiyaclarına sərf olunacaq, Mayamidə satılan villanın pulu ilə İvanişvililərin Moskvada növbəti evinin alınmasına deyil”, - deyə Saakaşvili sosial şəbəkədə yazıb.

Bizimlə əlaqə saxlayın