14 
Sen
2026
12:08
101

Gela Geladze: Fəaliyyətimi başqa qurumda davam etdirəcəyəm

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Gela Geladze vəzifəsindən istefa verdiyini açıqlayıb. O, siyasi komanda ilə məsləhətləşmələrdən sonra fəaliyyətini başqa dövlət qurumunda davam etdirəcəyini bildirib.

InterPress.ge xəbər verir ki, Gela Geladze bir neçə dəqiqə əvvəl sosial şəbəkədə paylaşdığı açıqlamada Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsindən ayrılması barədə qərar verdiyini qeyd edib.

Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsində çalışmaq onun üçün böyük məsuliyyət və ölkəsinə xidmət etmək imkanı olub.

“Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsini tərk etmək qərarına gəldim. Siyasi komanda ilə məsləhətləşmələr nəticəsində fəaliyyətimi başqa bir qurumda davam etdirəcəyəm və orada da ölkəmizin və cəmiyyətimizin maraqlarına bütün məsuliyyətimlə xidmət göstərəcəyəm.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsində çalışmaq mənim üçün böyük məsuliyyət və ölkəmə xidmət etmək imkanı idi. Bu dövr ərzində xidmətin hər bir əməkdaşı ilə birlikdə fəaliyyətimiz dövlət qarşısında duran çağırışların effektiv şəkildə aradan qaldırılmasına, Gürcüstanın təhlükəsizliyinin möhkəmləndirilməsinə və milli maraqların qorunmasına yönəlmişdi.

Dövlət Təhlükəsizliyi Xidmətinin hər bir əməkdaşına peşəkarlığına, fədakarlığına və hər gün ölkəmizin təhlükəsizliyi naminə həyata keçirdikləri mühüm fəaliyyətə görə xüsusi təşəkkürümü bildirirəm.

Siyasi komandaya, xüsusilə partiyanın fəxri sədri Bidzina İvanişviliyə və baş nazir İrakli Kobaxidzeyə mənə göstərdikləri etimada görə təşəkkür edirəm.

Əminəm ki, Dövlət Təhlükəsizliyi Xidməti gələcəkdə də üzərinə düşən ən mühüm vəzifələri layiqincə yerinə yetirməyə və ölkənin təhlükəsizliyini qorumağa davam edəcək”, - deyə Gela Geladze bildirib.

Bizimlə əlaqə saxlayın