14 
Sen
2026
15:59
115

Tamaz Boraşvili: 20 ildən çoxdur ölkəmizin milli maraqlarına xidmət edirəm

“20 ildən artıqdır ki, ölkəmizin milli maraqlarına xidmət edirəm. Namizədliyim təsdiqlənərsə, bu vəzifəni tutmaq mənim üçün böyük şərəf olacaq”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri vəzifəsinə təqdim etdiyi namizəd Tamaz Boraşvili Hökumət Administrasiyasında keçirilən birgə brifinqdə bildirib.

Tamaz Boraşvili DTX-nin sabiq rəhbəri Gela Geladzeyə yeni fəaliyyətində uğurlar arzulayıb və Gürcüstan parlamenti onun namizədliyini təsdiqləyəcəyi təqdirdə, ölkənin milli maraqlarının qorunması istiqamətində ikiqat enerji ilə çalışmağa çalışacağını deyib.

“Göstərdiyi etimada və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə namizədliyimi irəli sürdüyünə görə Baş nazirə təşəkkür edirəm. 20 ildən artıqdır ki, ölkəmizin milli maraqlarına xidmət edirəm. Seçiləcəyim təqdirdə, bu vəzifəni tutmaq mənim üçün böyük şərəf olacaq.

Parlament mənə etimad göstərəcəyi halda, ölkəmizin maraqlarının qorunması istiqamətində ikiqat enerji ilə çalışmağa çalışacağam və bu vəzifəni tutmaq mənim üçün böyük şərəf olacaq.

Bir daha cənab Gela Geladzeyə Dövlət Təhlükəsizliyi Xidmətində layiqli rəhbərliyinə görə təşəkkür edir və ona yeni fəaliyyətində uğurlar arzulayıram”, - deyə Tamaz Boraşvili bildirib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Gela Geladze bu gün sosial şəbəkə hesabında vəzifəsindən istefa verdiyini açıqlayıb.

Tamaz Boraşvili isə bu günədək Dövlət Təhlükəsizliyi Xidmətində həmin qurumun rəhbərinin müavini vəzifəsində çalışıb.

Bizimlə əlaqə saxlayın