14 
Sen
2026
16:29
51

İrakli Kobaxidze: Biz sanksiyalardan yan keçilməsinə imkan vermirik və sanksiya rejiminə qoşuluruq

“Biz sanksiyalardan yan keçilməsinə imkan vermirik və sanksiya rejiminə qoşuluruq. Bu, bizim ümumi siyasətimizdir və hər kəs buna müvafiq şəkildə yanaşmalıdır”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze İranın Gürcüstandakı səfiri Seyid Əli Mücaniyanın ABŞ-nin İran aviaşirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara əməl olunması ilə bağlı Gürcüstan Mülki Aviasiya Agentliyinin açıqlamasına cavab olaraq verdiyi bəyanatı şərh edərkən bildirib.

Baş nazir qeyd edib ki, Gürcüstan beynəlxalq sanksiyaların tətbiq olunduğu hallarda həmin sanksiya rejiminə qoşulur.

“Ümumiyyətlə, belə mövzularda ictimai açıqlama vermək düzgün deyil. Əgər səfirlə bağlı deyəcəyimiz bir sözümüz varsa, bu məsələ ilə əlaqədar onunla danışacağıq. Ümumiyyətlə, siyasətimizə gəldikdə, bizim yanaşmamızın necə olduğunu bilirsiniz – əgər beynəlxalq sanksiyalar qüvvədədirsə, biz həmişə belə sanksiya rejiminə qoşuluruq. Biz sanksiyalardan yan keçilməsinə imkan vermirik və sanksiya rejiminə qoşuluruq. Bu, bizim ümumi siyasətimizdir və hər kəs buna müvafiq şəkildə yanaşmalıdır. Digər tərəfdən, bu və ya digər diplomatla danışmalı olduğumuz hər hansı məsələ olarsa, təbii ki, bunu ikitərəfli formatda müzakirə edəcəyik”, - deyə Kobaxidze bildirib.

Qeyd edək ki, ABŞ 27 İran aviaşirkətinə qarşı sanksiya tətbiq edib. Onların bir qismi Gürcüstan və İran arasında da uçuşlar həyata keçirir.

Daha sonra ABŞ-nin qərarına Gürcüstanın Mülki Aviasiya Agentliyi münasibət bildirərək, “Gürcüstan tərəfinin digər hallarda olduğu kimi, bu dəfə də beynəlxalq sanksiya rejiminə tam riayət etməklə hərəkət edəcəyini” açıqlayıb.

Bununla bağlı İranın Gürcüstandakı səfiri Seyid Əli Mücaniyan bildirib ki, İran Gürcüstanın qərarına hörmətlə yanaşır, lakin digər ölkələrin seçiminə hörmət etmək öz seçim hüququndan imtina etmək demək deyil.

“Biz Gürcüstana, gürcü xalqına və bu ölkənin müstəqil seçiminə hörmətlə yanaşırıq. Gürcüstanın Qərb sanksiyaları ilə əlaqədar müəyyən məhdudiyyətlərin tətbiqinə dair son qərarı bu ölkənin seçimi kimi

Bizimlə əlaqə saxlayın