16 
Sen
2026
12:45
142

2026-cı ildə 17 siyasi partiyaya 6,5 milyon lari ianə edilib

2026-cı ildə Gürcüstan Dövlət Audit Xidməti 17 siyasi partiyanın xeyrinə həyata keçirilmiş 910 ianə barədə məlumatları araşdırıb. İanələrin ümumi məbləği 6 milyon 565 min 361 lari təşkil edib.

InterPress.ge xəbər verir ki, Dövlət Audit Xidməti parlamentə “Siyasi partiyaların, xarici agentlərin, xarici qrant alan və xarici qüvvələrin maraqlarını həyata keçirən subyektlərin maliyyə şəffaflığı haqqında” adlı hesabat təqdim edib.

Sənədə əsasən, cari ildə “Gürcü Arzusu” partiyası ianə şəklində 5 milyon 522 min lari əldə edib. Partiyaya 161 nəfər ianə verib.

Digər partiyaların aldığı ianələr isə belə olub:

“Lelo” – 306 min 900 lari (24 ianəçi);

“Xalqın Gücü” – 273 min lari (7 ianəçi);

“Neytral Gürcüstan” – 197 min 329 lari (47 ianəçi);

“Azadlıq Meydanı” – 125 min 106 lari (318 ianəçi);

“Milli Hərəkat” – 51 min 97 lari (215 ianəçi);

“Federalistlər” – 41 min 45 lari (50 ianəçi);

digər partiyalar – 48 min 524 lari (138 ianəçi).

Sənədə əsasən, siyasi reklam üçün ən çox vəsaiti hakim partiya xərcləyib. Dövlət Audit Xidmətinin məlumatına görə, 2026-cı ildə 9 siyasi partiyanın reklam xərclərinin qanuniliyini araşdırıb. Bu xərclərin ümumi məbləği 1 milyon 159 min 58 lari təşkil edib.

Partiyaların siyasi reklama xərclədiyi vəsaitlər aşağıdakı kimi olub:

“Gürcü Arzusu” – 941 min 905 lari;

“Xalqın Gücü” – 113 min 515 lari;

“Lelo” – 68 min 567 lari;

“Neytral Gürcüstan” – 29 min 393 lari;

digər partiyalar – 5 min 677,56 lari.

“Xidməti siyasi partiyaların maliyyə hesabatlılığının və şəffaflığının təşviqi məqsədilə siyasi partiyalara fəal şəkildə məsləhət dəstəyi göstərir. 2026-cı ildə 14 siyasi partiya ilə bağlı 54 telefon məsləhətləşməsi həyata keçirilib”, - deyə Dövlət Audit Xidmətindən bildirilib.

Bizimlə əlaqə saxlayın