Gürcüstanda narkotiklərlə bağlı 4 nəfər saxlanılıb, onlardan biri xarici ölkə vətəndaşıdır
Gürcüstanda külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, bu fəaliyyətə kömək göstərilməsi, narkotiklərin satışına şərait yaradılması və narkotik tərkibli bitkilərin qanunsuz yetişdirilməsi ittihamları ilə 4 nəfər saxlanılıb. Saxlanılanlardan biri xarici ölkə vətəndaşıdır.
InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin, Acarıstan, Kvemo Kartli, Raça-Leçxumi və Aşağı Svaneti Polis Departamentlərinin əməkdaşları müxtəlif vaxtlarda əməliyyatlar keçiriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə qərarı əsasında aparılan gizli audio-video çəkilişlərin, eləcə də saxlanılan şəxslərin üzərlərində və yaşayış evlərində keçirilən axtarışların nəticəsində satış üçün hazırlanmış külli miqdarda narkotik vasitələr götürüblər.
Maddi sübut kimi götürülən maddələr arasında mefedron, tetrahidrokannabinol, metadon, kannabis bitkisi və marixuana var.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 25-260, 260, 260⁴ və 265¹-ci maddələri ilə istintaq aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


