Gürcüstanda iki xarici ölkə vətəndaşı narkotik və psixotrop maddələrlə bağlı saxlanılıb
Gürcüstanda külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və ölkəyə gətirilməsi ittihamı ilə müxtəlif vaxtlarda iki xarici ölkə vətəndaşı saxlanılıb.
InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları əməliyyatlar keçiriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi Beynəlxalq Hava Limanında və “Vale” sərhəd-keçid məntəqəsində saxlanılan şəxslərin əl yüklərinə baxış keçiriblər. Nəticədə külli miqdarda narkotik vasitə və psixotrop maddə ehtiva edən 210 həb maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260, 261, 262 və 263-cü maddələri ilə istintaq aparılır. Həmin maddələr 12 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


