Marneulidə qanlı hadisə: Bir nəfər saxlanıldı
Marneuli bələdiyyəsində mübahisə zamanı kəsici alətdən istifadə edərək gənc oğlana ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları sağlamlığa qəsdən ağır zərər vurma ittihamı ilə bir nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində yaranan mübahisə zamanı kəsici alətdən istifadə edərək gənc oğlana ağır xəsarət yetirib.
Yaralıya müvafiq tibbi yardım göstərilməsi üçün o, klinikaya aparılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat və istintaq tədbirləri nəticəsində şübhəli şəxsi hadisədən dərhal sonra saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


