19 
Okt
2026
10:42
116

Gürcüstanda mövsümi qripə qarşı peyvəndləmə oktyabrın 21-də başlayacaq

Oktyabrın 21-dən etibarən Gürcüstanın bütün ərazisində mövsümi qripə qarşı peyvəndləmə başlayacaq. Peyvənd bütün vətəndaşlar üçün ödənişsizdir və xərclər dövlət tərəfindən tam maliyyələşdirilir.

InterPress.ge xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, dövlət immunizasiya proqramı çərçivəsində Gürcüstan Fransada istehsal olunan üçkomponentli 200 000 doza “Vaxigrip” qrip peyvəndi alıb. “Sanofi Winthrop Industrie” şirkətinin istehsalı olan bu vaksin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi peyvəndlər sırasındadır.

Nazirliyin məlumatında qeyd olunur ki, vaksin qrip mövsümündə yayılması gözlənilən ştammlara uyğun hazırlanıb.

Peyvəndləmə xüsusilə yüksək risk qrupları üçün vacib hesab olunur. Bunlara xroniki xəstəlikləri olan şəxslər, onkoloji xəstələr, hamilə qadınlar, 60 yaş və yuxarı şəxslər, tibb işçiləri, eləcə də sığınacaq və pansionatların sakinləri və əməkdaşları daxildir.

Peyvəndi 6 aylıq yaşdan etibarən vurdurmaq mümkündür. Vaksinasiya müvafiq xidmət göstərən tibb müəssisələrində və poliklinikalarda həyata keçiriləcək və bütün benefisiarlar üçün tamamilə ödənişsiz olacaq.

Bizimlə əlaqə saxlayın