13 
Okt
2020
11:03
861

Gürcüstanda koronavirusa yoluxanların sayı sürətlə artır

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 569 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 12841 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 329 sağalma qeydə alınaraq 6867 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın