26 
Fev
2020
09:45
1110

Gürcüstanda İtaliya və Avropa İttifaqının digər ölkələri ilə avia-uçuşların dayandırılması müzakirə olunurmu? AÇIQLAMA

"Nə İtaliya, nə də Avropa İttifaqının digər ölkələri ilə avia-uçuşların dayandırılması məsələsi müzakirə olunmur"

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirinin müavini Tamar Qabunia jurnalistlərin koronavirusa görə, İtaliya ilə avia-uçuşların dayandırılıb-dayandırılmaması ilə bağlı suallarına cavab olaraq bildirib.

Səhiyyə Nazirinin müavini sərhəd keçid məntəqələrində monitorinqin sərtləndirilməsi üçün müəyyən tədbirlərin keçiriləcəyini istisna etmədi.

“Hələlik yüksək risk daşıyan ölkələr olaraq, Çin, Cənubi Koreya və İran qalır. Bu mərhələdə də Gürcüstan qeyd olunan ölkələrlə gediş-gəliş ilə bağlı məhdudiyyətlər qoydu. Digər ölkələrə gəlincə isə, hərhansı bir məhdudiyyət yoxdur, ancaq sərhəd keçid məntəqələrində monitorinqin sərtləşdirilməsi üçün müəyyən tədbirlərin görüləcəyi istisna olunmur” – dedi Tamar Qabunia.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər