Növbəti səs faizləri açıqlandı
Hazırda "Gürcü Arzusu" 48,12%, "Milli Hərəkat" 26,92%, "Avropa Gürcüstanı" isə 3,79% səs toplayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Mətbuat katibi Ana Mikeladzenin MSK-da keçirilən brifinqdə verdiyi məlumata görə, 3 847 seçki məntəqəsinin 3 626-da səslərin hesablanma prosesi başa çatdırılıb.
MSK-nın qeyd etdiyinə görə, səslərin bu dövrdə paylanmasının faiz nisbəti belədir:
Gürcü Arzusu - Demokratik Gürcüstan - 48.12% (870.453 səs);
"Milli Hərəkat - Güc Birlikdədir" - 26.92% (486.973 səs);
"Avropa Gürcüstanı" - 3.79% (68.548 səs);
"Vətənpərvərlər İttifaqı" - 3.18% (57.579 səs);
"Lelo" - 3.19% (57.730 səs);
"Ağmaşenebeli Strateqiyası" - 3.15% (5706 səs);
"Girçi" - 2.95% (53.447 səs);
Aleko Elisashvili - Vətəndaşlar (24,252 səs) - 1,34%;
Leyborist Partiyası -% 1 (18.041 səs).
Qalan partiyaların səsi yüzdə birdən azdır.