04 
Nybr
2020
19:16
1853

"Qələbə çaldılar" - Ayhan Həsənov

Seçki budur ki, xalq seçər, namizədlər seçilər. Amma artıq xalqın seçdiyi namizədlərin seçilməyi xəyal məhsulu halına çevirilib. Düşündüm ki, bu dəfə hər şey fərqli olacaq. Çox böyük ümidlərim, çox böyük gözləntilərim var idi. Düşündüm ki, əsl mübarizə görəcəyik. Bu seçki az da olsa demokratiyanın, ədalətli seçkinin izlərini daşıyacaq. Amma tamamilə bu hadisələrə şəxsən yaxından şahidi olan biri olaraq deyə bilərəm ki, 31 oktyabır parlament seçkilərində olanlar sözün əsl mənasında utanc mənbəyi idi. Seçkidə nə demokratiyadan, nə ədalətli seçkidən əsər-əlamət yox idi.

Bəzi şeylərin sadəcə kağız üzərində yazılı olduğunun o gün çox yaxından şahidi oldum.
Koronavirusla bağlı təyin olunmuş qaydaları yerlə-yeksan idi. Koronavirus heç əhalinin yadına belə düşmürdü. Guya istilik ölçürdülər. Deməli seçkilərə gedən o qədər əhalidən bir nəfərin belə qızdırması yox imiş. Günlük 1800-1900 yoluxmanın təsdiqləndiyi bir dövrdə təəccüblü səslənsə də bir ehtimal deyək ki, belə idi.

Seçkinin saxtalaşdırılmağımı? Ürəyiniz istəyən qədər. Bir nəfərin iki dəfə səs verməyimi? Ürəyiniz istəyən qədər. Artıq şəxslərin məntəqələrə girib çıxmağımı? Say-hesabsız. Qanun pozuntusumu? Qanundan əsər-əlamət yox idi. Hətta ağlıma belə bir sual gəldi ki, görəsən bu seçki məcəlləsi boş yerəmi götürülüb, çünki seçkidə olanların seçki məcəlləsində yazılanlarla uzaq-yaxından əlaqəsi yox idi. Olan heç nə seçki məcəlləsinin izlərini daşımırdı. Bəlkə də daşıya bilmirdi.

Əlbəttə, müəyyən səviyyədə qanun pozuntularının olacağını düşünürdüm, lakin bu qədərini təsəvvür belə etmirdim. Bu mənim xəyal gücümün belə üstündə idi.

Bu olanların ən böyük səbəblərindən biri kimi əhalinin seçkidə iştirak etməməsini göstərmək olar. Seçkidə qanunsuz olaraq iki dəfə iştirak edənlər üçün seçkidə iştirak etməyənlərin yerinə girib səs vermək, imza atmaq çox asan və sadə məsələdir. Ona görə də səsvermə hüququ olan hər kəs seçkidə iştirak etməli və öz səsini qorumalı idi və qorumalıdır da.

Doğrudur, əhalinin seçkidə iştirak etmək istəməməsinin ən əsas səbəblərindən biri seçkiyə olan inamsızlıq və insanların səsverməsi ilə heç nəyin dəyişməyəcəyi ilə bağlı düşüncədir. Belə deyək, bu bir növ əhalinin dövlətə qarşı etiraz formasıdır, ancaq qeyd etmək istəyirəm ki, seçkiyə getməmək etiraz formalarının ən yanlışıdır. Ona görə ki seçkiyə getməyən hər bir nəfər itirilmiş səs olaraq sayılır.

Məlumdur ki, Gürcüstanda parlament seçkiləri qarışıq sistemdə keçirilir. Bu il edilmiş konstitusiya dəyişikliyi ilə hər nə qədər majoritar sistemlə seçilən namizədlərin sayı azalsa da, yenə də 30 namizəd majoritar yolla seçilir və əhalinin seçkiyə getməyi və əhalinin verdiyi hər bir səs xüsusi önəm daşıyır.

Hər seçki və elə də seçici çox vacibdir. Əhali seçkilərdə mütləq iştirak etməlidir. Bu ilki seçkidə aktivlik dəhşət dərəcədə aşağı idi. Bu fakt məncə xalqın özünə də məlum idi. İnanıram ki, bu il olanları da nəzərə alaraq növbəti seçkilərdə əhalinin hər bir üzvü seçkilərdə mütləq şəkildə iştirak edəcək və dövlətin təməlinin həqiqətən də xalq olduğunu bir daha sübut edəcək.

Hər bir xalq tarix yazmağa qadirdir. Bu tarixi birlikdə yazaq!

Bizimlə əlaqə saxlayın