27
Nybr
2020
16:35
6517
yuxarı
Vətəndaşlara hansı növ yardımlar ediləcək?
Gürcüstanda mövcud epidemioloji vəziyyəti nəzərə alaraq Baş Nazirin rəhbərlik etdiyi İdarələrarası Koordinasiya Şurası böhran əleyhinə planın dördüncü mərhələsi çərçivəsində vətəndaşlara və özəl sektora yeni dəstək paketi qəbul edib.
InterPress.ge xəbər verir ki, yeni paketin ümumi büdcəsi 1,1 milyard GEL təşkil edir.
Vətəndaşlara qayğı – proqramın ümumi büdcəsi – 545 milyon lari təşkil edir. Benefisiarların ümumi sayı isə, 500 min nəfərdən çoxdur (Bu rəqəmlərə komunal vergilərin subsidiya göstəriciləri daxil deyil).
- Komunal xərclərin subsidiyası – 4 ay ərzində (Noyabrdan, dekabr daxil olmaqla) komunal xərclərin subsidiyalaşdırılması həyata keçiriləcək (200 kvt/3m-ya qədər istifadə). Benefisiarların ehtimal olunan sayı – 1 milyon ailə. Büdcə 270 milyon lari;
- 1200 larilik yardım – işini itirən şəxslər üçün – formal sektorda işlə təmin edilən şəxslər, hansı ki, müvəqqəti olaraq, işsiz qalıblar, 2021-ci ilin yanvar ayından 6 ay ərzində 200 larilik yardım alacaqlar. Benefisiarların ehtimal olunan sayı – 125,000 nəfər. Büdcə – 150 milyon lari;
- 300 larilik bir dəfəlik yardım – Dekabr və yanvar ayında qoyulan məhdudiyyətlər nəticəsində fəaliyyətlərini dayandıran obyektlərdə işləyən şəxslərə və individual istehsalçılara 300 larilik kompensasiyalar veriləcək. Benefisiarların ehtimal olunan sayı – 100 min. Büdcə – 30 milyon lari;
- 600 larilik yardım – 65-dən 100 min sosiyal balı olan ailələr yanvar ayından, 6 ay ərzində, ayda 100 larilik (ailə üzvlərinin sayına görə) yardım alacaqlar. Benefisiarların ümumi sayı 72 minə qədər ailə (220 minə qədər şəxs), büdcə – 55 milyon lari;
- 600 larilik yardım – 0-dan 100 min balı və evdə 3 və 3-dən artıq 16 yaşına qədər uşağı olan ailələr, 6 ay ərzində, ayda 100 lari alacaqlar (yanvar ayından iyun daxil olmaqla) – 24 min ailə. Büdcə – 15 milyon lari;
- 18 yaşına qədər məhdud fiziki imkanlı şəxslər üçün 600 larilik yardım veriləcək – ayda 100 lari, 6 ay ərzində. Benefisiarların sayı – 43 min nəfər. Büdcə – 27 milyon lari;
- Dekabr-yanvar aylarında fəaliyyətini dayandıran obyektlərdə işləyən şəxslər üçün bank kreditlərinin ödənişi təxirə salınacaq.
2. Biznesə dəstək paketi – 515 milyon lari
- Gəlir vergisinə güzəşt – 1500 lariyə qədər maaşı olan şəxslər 750 lariyə qədər gəlir vergisindən, 2021-ci ilin dekabr-may müddətində azad olunurlar. Benefisiarların ehtimal olunan sayı 33 min şirkət və 425 min işlə təmin olunan şəxsdir. Büdcə – 260 milyon lari.
- Turizm sektoru üçün əmlak vergisinə güzəşt – turizm sektoru (Mehmanxanalar, restoranlar və bənzər fəaliyyətə qoşulan şirkətlər) 2021-ci ildə əmlak vergisindən azad olunur. Büdcə – 45 milyon lari;
- 2020-ci ilin 4 müddəti ilə təxirə salınan gəlir vergisinin ləğv olunması – turizm sektorunda həyata keçiriləcək (Mehmanxanalar, restoranlar və bənzər fəaliyyətə qoşulan şirkətlər) 2020-ci ilin dekabrın 1-nə qədər təxirə salınan gəlir vergilərinin ləğv olunması. Büdcə – 20 milyon lari;
- Mehmanxanaların bank kreditlərinin faizlərini subsidiyalaşdırılması davam edəcək, həmçinin, restoranların bank kreditlərinin faizlərin subsidiyalaşdırılması 6 ay ərzində davam edəcək. Benefisiarların ehtimal olunan sayı – 3700 şirkət;
- Mikro qrant proqramı – istehsalçıların mikro qrant proqramı həyata keçirilir, hansı ki, minlərlə yeni biznes-layihələri maliyyələşdirəcək (2020-ci ilin proqramı). Büdcə – 40 milyon lari;
- Kredit-zəmanət fondu – 2021-ci ildə kredit-zəmanət fondunun fəaliyyəti fəal şəkildə davam edəcək, hansı ki, özəl sektorun kreditlərinin restrukturisaziyasına və yeni vəsaitlərin alınmasına yardım edəcək. Büdcə – 100 milyon lari;
- Dekabr-yanvar aylarında fəaliyyəti dayandırılan şirkətlərə bank kreditlərinin təxirə salınması üçün imkan yaradılacaq.
Cəmi olaraq, yeni paketlərin tam büdcəsi 1,1 milyard lari təşkil edir.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Gürcüstandan Ermənistana axtarışda olan şəxs ekstradisiya edilib
09.11.2026 17:18
102
Tbilisidə Zəfər Gününə həsr olunmuş “Cənubi Qafqazda Sülh və Əməkdaşlıq” konfransı keçirilib- FOTO
09.11.2026 16:01
131
Mikrobanklar xarici valyutada da kredit verə biləcək – qanun layihəsi komitədə dəstəklənib
09.11.2026 15:22
93
Turnava: Rəqəmsal lari nağd pulu əvəz etməyəcək
09.11.2026 15:16
131
Gürcüstanda inflyasiyanın 2027-ci ildə 3,5%-ə düşəcəyi proqnozlaşdırılır
09.11.2026 15:15
97
Qəza nəticəsində avtomobil yandı - Sürücü isə içində yanaraq öldü
09.11.2026 14:52
510
Tbilisidə narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına kömək etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb
09.11.2026 12:41
104
Qudauri–Kobi yolunda qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub
09.11.2026 12:39
101
Güclü qar yağışı səbəbindən Nakerala aşırımında bəzi nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb
09.11.2026 10:20
154
Marneuli-Tbilisi yolunda ağır yol qəzası: BMW yük maşını ilə toqquşdu - FOTO
08.11.2026 23:56
346


