30 
Dek
2020
14:20
928

Poniçalada xüsusi əməliyyat - doqquz nəfər saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları üç aylıq əməliyyat və istintaq tədbirləri nəticəsində narkotik alverçilərinin cinayət sxemini aşkar ediblər.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayır.

Məlumata görə, hüquq-mühafizə orqanları kompleks tədbirlər nəticəsində Poniçala qəsəbəsində 9 narkotik alverçisini saxlayıb.

Hakimin qərarı əsasında saxlanılan şəxslər aşağıdakılardır:

1981-ci il təvəllüdlü A.X.

1992-ci il təvəllüdlü E.K.

1987-ci il təvəllüdlü M.M.

1985-ci il təvəllüdlü L.V.

1986-cı il təvəllüdlü İ.İ.

1988-ci il təvəllüdlü L.Q.

1994-cı il təvəllüdlü N.A.

1998-ci il təvəllüdlü N.P.

1973-cü il təvəllüdlü L.K.

Nəzarətə alınan şəxslər xüsusilə külli miqdarda narkotik maddənin qanunsuz alınması, saxlanması və satışında təqsirləndirilir.

İstintaq, müttəhimlərin sistematik olaraq narkotik satdıqlarını ortaya çıxarıb. Hakimin qərarından sonra, hüquq-mühafizə orqanları dəfələrlə şübhəli şəxslərdən "Eroin" nakotik maddənin satın alınması və sözügedən alış-verişin gizli audio-video qeydini həyata keçiriblər.

Saxlanılanların şəxsi və yaşayış evlərinə baxış zamanı polis narkotik maddələr - “eroin” və “metadon”, habelə pul və mobil telefonları sübut kimi götürüb.

İstintaq, Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə əvvəlcədən razılaşaraq qrup halında qanunsuz olaraq külli miqdarda narkotik maddənin alınması, saxlanması və satılması faktları ilə aparılır.

Cinayət ən çox 8 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutur.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi 2020-ci il ərzində 71 narkotik satıcısını həbs etmiş, narkotik tranziti sxemini müəyyənləşdirmiş və 40 kq "eroin" götürmüşdür. Onlayn narkotik ticarəti ilə məşğul olan 16 nəfər mühakimə olunub, 13 onlayn narkotik mağazası bağlanıb; Psixoaktiv maddə istehsal edə narkolaboratoriya müəyyən edilmişdir; Cəmi 89 kiloqram "eroin" qanunsuz dövriyyədən çıxarılıb; 1 kiloqram "kokain"; 7.000 həb "Subutex" və "Suboxin"; 6 kilo 500 qram yeni psixoaktiv maddələr”,- deyə DİN-in açıqlamasında bildirilib.

Bizimlə əlaqə saxlayın