07 
Yan
2021
20:46
2960

Gürcüstanda gənc oğlan boğazı kəsilmiş halda həyətlərində ölü tapıldı

Senaki Bələdiyyəsinin Kotianeti kəndində gənc ölü halda tapıldı.

InterPress.ge-nin məlumatına görə, 32 yaşlı Avto Qriqolian öz həyətində boğazından kəsili halda atası tərəfindən aşkar edilib.

Versiyalardan birinə görə oğlan qətlə yetirilib. Qonşular onun boğazından yara aldığını, ehtimal ki, bıçaqlandığını söyləyiblər. İkinci versiyaya görə, Avto Qriqolia özünə zərər verib və həyatını intiharla başa vurub.

Mərhumun qonşuları hələ hadisənin səbəbi və konkret olaraq gəncin ölümcül xəsarət almasına səbəb olanlar barədə danışmayıblar.

Hazırda hüquq-mühafizə orqanları və kriminal- ekspertlər hadisə yerindədir.

Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, faktla bağlı istintaq Cinayət Məcəlləsinin qəsdən adam öldürməyi nəzərdə tutan 108-ci maddəsi ilə başladılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər