10 
Yan
2021
11:06
1038

Ölkədə koronavirusla bağlı statistika

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1 143 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 239 229 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 617 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 225 335 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 23 nəfər ölüb və ölənlərin ümumi sayı 2 773 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 11 155 test aparılmışdır. Bunlardan 6 758-i sürətli antigen testi, 4 397-i isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər