16 
Yan
2021
11:33
616

Polis üç nəfəri yaralayan şəxsi saxladı - VİDEO

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Şöbəsinin əməkdaşları isti təqib ilə aparılan istintaq və əməliyyat tədbirləri nəticəsində Qurcaani Bələdiyyəsində üç nəfəri yaralamaq faktını açıblar. 1970-ci il təvəllüdlü Q.Q. saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

"Araşdırma nəticəsində bu il yanvarın 15-də Qurcaani Bələdiyyəsində təqsirləndirilən şəxsin mübahisə zamanı soyuq silahla üç nəfəri bıçaqlayaraq yaraladığını və gizləndiyi məlum oldu. Yaralananların hər üçü də klinikaya aparılıb və müvafiq müalicə alırlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi cinayəti törətdikdən bir müddət sonra fermalardan birində saxlayıblar.

Cinayət silahı - bıçaq sübut kimi götürülüb.

Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 7-ci hissəsi ilə iki və ya daha çox şəxsin sağlamlığına qəsdən ağır xəsarət yetirmə faktı ilə bağlı istintaq aparılır.

Cinayət 9 ildən 13 ilədək həbs cəzası nəzərdə tutur", - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər