24 
Yan
2021
11:15
930

Ölkədə koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 546 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 253 518 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 456 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 242 085 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 17 nəfər ölüb və ölənlərin ümumi sayı 3 055 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 11 248 test aparılmışdır. Bunlardan 4 979-u sürətli antigen testi, 6 269-u isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın