30 
Yan
2021
23:31
962

Gürcüstanda ağır yol qəzası nəticəsində 1 qadın öldü

Xobi Bələdiyyəsinin Chaladidi kəndi yaxınlığında baş verən yol qəzası itki ilə başa çatıb.

InterPress.ge xəbər verir ki, avtomobilin sürücüsü sükanı çevirə bilməyib, yoldan çıxaraq ağaca çırpılıb və yerində fırlanıb.

Qəzada gənc bir qadın həlak olub, iki sərnişin yaralanıb.

Yaralılar təcili yardım maşını ilə tibb müəssisəsinə aparılıb.

Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin insan həyatı ilə nəticələnən yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozma mənasını verən 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaq başladılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər