25 
Okt
2026
13:12
205

Marneulidə hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan iki nəfər saxlanıldı

Marneulidə qrup halında hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan iki nəfər saxlanılıb. Onlardan biri əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunub və hazırda şərti cəza altındadır.

InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları əməliyyat keçirərək hər iki şəxsi saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər kənd sakinlərindən birinə bank hesabı açdırıb və internet bankçılığından istifadə üçün lazım olan məlumatları ələ keçiriblər. Onlar həmin şəxsi hesabına pul köçürüləcəyinə və köçürülən məbləğin müəyyən hissəsinin ona veriləcəyinə inandırıblar.

Daha sonra təqsirləndirilən şəxslər kişiyə bank hesabının guya ləğv edildiyini bildirərək ondan 1 500 lari tələb ediblər. Pulu ödəməyəcəyi təqdirdə onu öldürməklə hədələyiblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları kompleks əməliyyat və istintaq tədbirləri nəticəsində hər iki şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın