25 
Okt
2026
12:14
291

Əri tərəfindən qadın qətlə yetirilib

Gürcüstanın Poti şəhərində 47 yaşlı qadın qətlə yetirilib. İlkin məlumata görə, kişi həyat yoldaşını yastıqla boğaraq öldürüb. Bundan əvvəl isə evə təbii qaz buraxdığı ehtimal olunur.

InterPress.ge xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Yayılan məlumata görə, kişi bu gün səhər saatlarında özü 112 xidmətinə zəng edib. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası qadının öldüyünü müəyyən edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və hazırda istintaq tədbirləri həyata keçirilir.

Daxili İşlər Nazirliyindən “İnterpressnews”a bildirilib ki, ağırlaşdırıcı hallarda ailə üzvünün qəsdən öldürülməsi faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11¹-109-cu maddəsi ilə istintaq aparılır.

Yerli sakinlərin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi hadisədən dərhal sonra saxlayıblar.

Bizimlə əlaqə saxlayın