Gürcüstanda koronavirusla bağlı son vəziyyət
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 479 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da ölkədə virusa yoluxanların sayı 258 111nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 491 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 249.028 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 19 nəfər ölüb və ölənlərin ümumi sayı 3178 nəfər təşkil edib.
Qeyd edək ki, son 24 saat ərzində 12.700 test aparılmışdır. Bunlardan 7700-ü sürətli antigen testi, 4.923-ü isə PCR testidir.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


