08 
Fev
2021
10:37
361

Polis zorakılıq ittihamı ilə bir nəfəri saxladı

DİN-in Tbilisi Polis Departamentinin, Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları isti təqib zamanı həyata keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində 1990-cı il təvəllüdlü L.K.-nı zorakılıq ittihamı ilə saxlayıb.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayır.

"İstintaq, təqsirləndirilən şəxsin Tbilisidə, sirk yaxınlığında, cinsiyyət şəxsiyyəti zəminində, dözümsüzlük səbəbindən transgender qadına şifahi və fiziki təcavüz etdiyini təsbit etdi və bu hadisə ilə əlaqadar qadın polisə xəbər verdi.

Hüquq mühafizəçiləri L.K.-nı hadisədən sonra təqsirləndirilən şəxs kimi saxladı", - Daxili İşlər Nazirliyi bildirir.

Cinsiyyət şəxsiyyətinə görə dözümsüzlük zəminində törədilən zorakılıq faktı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsi ilə araşdırılır. Cinayət bir il həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər