20 
Fev
2021
09:39
2926

Gürcüstan vətəndaşları daha iki ölkədə qanuni çalışa biləcəklər

Gürcüstan Mühacirləri Assosiyasiyasının rəhbəri Levan Simonişvili qanuni iş barədə məlumat yayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat assosiyasiyanın səhifəsində yayılıb.

Simonişvilinin, assosiyasiya səhifəsində qeyd etdiyinə görə, Almaniyadan sonra Gürcüstan vətəndaşları tezliklə daha iki ölkədə - İsrail və Fransada rəsmi olaraq çalışa biləcəklər.

“Almaniya ilə uğurlu danışıqlardan sonra Fransa və İsrail ilə Gürcüstan vətəndaşlarının qanuni işi ilə bağlı danışıqlar başlayır. Bildiyiniz kimi, İsrail ilə qanuni iş planından bir addım uzaqdayıq və bu mərhələlərə İsraildəki çətin pandemiya mane olur.

Almaniya və İsraildən sonra növbəti ölkə Fransa olacaq və tezliklə buraya bir neçə Avropa üzvü dövlət də əlavə ediləcək. Təfərrüatlar məlum olduqdan sonra əlavə yeniliklər açıqlanacaq", - Simonişvilinin açıqlamasında bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər