26 
Fev
2021
15:28
456

Azərbaycanın Gürcüstandakı səfiri xocalılarla görüşüb

Bu gün Marneulidə Xocalı soyqrımının 29-cu ildönümü ilə bağlı görüş keçirilib.

InterPress.ge xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneulidə yaşayan əslən Xocalıdan olan ailələrin üzvləri ilə görüşüb.

Görüş Marneulidə yerləşən “Tea House” (Çay evi) da baş tutub. Görüşdə Marneuli merinin müavini Kənan Ömərov, merin köməkçisi Adil Əliyev, Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov və bir sıra fəal gənclər iştirak edib.

Mərasimdən öncə Xocalıdan olan 5 ailəyə ərzaq yardımı edilib.

F.Quliyev Gürcüstanda yaşayan xocalıların acı xatirələrinin toplanılması və dərc olunmasının nəzərdə tutulduğunu deyib. O, görüşdə iştirak edən gənc xocalıları, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha fəal olmağa çağırıb.

Görüşdə iştirak edən Zərifə Bayramova Xocalıda anadan olub və ermənilərin törətdiyi bütün vəhşiliklərin şahidi olub.

Z. Bayramova, o, dövürdə olan soyqırım nəticəsi ilə torpaqlarından köçkün düşüb.

O, soyqırımda ailəsinin və yaxınlarının çəkdiyi acıları böyük hüzunla, göz yaşları içində danışdı.

Digər bir əslən Xocalıdan olan Çıldırınlı Gülyaz bu gün keçirilən tədbir üçün Faiq Quluyevə təşəkürünü bildirib.

“Xocalı sakinlərinə bir daha baş sağlığı verirəm. Hamımız o, dərin acıyı yaşadıq. Eyni zamanda Faiq Quluyevə yardımları və dəstəyi üçün təşəkkürümü bildirirəm”- dedi Çıldırınlı Gülyaz.

Bizimlə əlaqə saxlayın