27 
Fev
2021
11:10
722

Gürcüstan Dəmir Yolu bu gündən fəaliyyətini bərpa etdi

Gürcüstan Dəmir Yolu bu gündən, 27 fevraldan etibarən sərnişindaşıma işini bərpa etdi.

InterPress.ge xəbər verir ki, sərnişinlər onlayn olaraq 25 fevral tarixindən bilet ala bilirlər, dəmir yolu kassası isə 26 fevraldan etibarən açıqdır.

"Kovid-19" ilə əlaqəli tövsiyələrə gəldikdə: mühafizəçilər vaqonun girişlərində sərnişinləri termoskrininqdən keçirəcəklər; Qatara girər-girməz dezobariyeri keçib əllərini dezinfeksiyaedici məhlulla dezinfeksiya etməlidirlər. Bütün vaqonlarda əl dispanserləri quraşdırılacaqdır.

Maskası olmayan sərnişinlərə icazə verilməyəcək və səyahət zamanı maskanı çıxarmaq hüququ olmayacaqdır. Gürcüstan Dəmir Yolu sərnişinləri bütün tövsiyələrə riayət etməyə çağırır", - deyilir Gürcüstanın Dəmir Yolunun açıqlamasında.

Bizimlə əlaqə saxlayın