27 
Fev
2021
13:52
1669

Sabah Gürcüstanda havanın temperaturu bir qədər enəcək

Gürcüstanda, Fevralın 28-də Qara dənizin şimal-qərbindən nisbətən soyuq və nəmli hava kütlələri yayılacaq.

InterPress.ge xəbər verir ki, Qərbi Gürcüstanın əksər və şərqi Gürcüstanın bəzi rayonlarında yağış yağacağı, dağlara və yüksək dağlıq ərazilərə isə qar yağacağı gözlənilir.

Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, havanın temperaturu gündüz 2-3 dərəcə enəcək, gecə şaxta zəifləyəcək, qərb küləyi güclənəcək. Oxşar hava şəraiti martın 1-də də gözlənilir.

Tbilisidə 28 fevralda yağmursuz hava şəraiti gözlənilir. 1 Martda az yağış yağma ehtimalı var. Havanın temperaturu gecə -2, -5 dərəcə olacaq, gündüz +9, +11 dərəcəyədək yüksələcək. 28 fevral və 1 mart tarixlərində şimal-qərb istiqamətində vaxtaşırı güclü külək əsəcək.

Bizimlə əlaqə saxlayın