05 
Mar
2021
14:55
1880

Mübariz Mənsimov azad edildi

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib.

InterPress.ge xəbər verir ki, bu haqda məlumatı “Palmali” şirkətlər qrupunun mətbuat katibi Fidan Quliyeva öz Feysbuk hesabında yazıb.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovun sərbəst buraxılması üçün protest verib.

Məhkəmədə Mübariz Mənsimova söz verilib.

"Nə FETO-ya bir qəpik vermişəm, nə də köpəklərinə, vermərəm də. Tam əksinə, yalnız dövlətimizə yardım etmişəm. Mən bəraət istəyirəm”, - deyə Mənsimov bildirib.

Məhkəmədə Mənsimovun vəkili Ərsan Şən çıxış edib və müdafiə etdiyi şəxsin FETÖ-ya hər hansı yardım etməsi barədə ifadələrin heç birinin dəlil-sübutu olmadığını bildirib, bunları böhtan adlandırıb.

Vəkil eyni zamanda heç bir sübut olmadığı üçün ittiham tərəfinin iddiasından imtina edilməsini, Mübariz Mənsimovun bəraətini istəyib.

Məhkəmə heyəti qərar vermək üçün müşavirə otağına gedib.

Məhkəmənin qərarı ilə Mübariz Məhsimov ev dustaqlığına buraxılıb.

Mənsimovun ölkədən çıxışına 5 illik qadağa qoyulmaqla yanaşı cəzasının qalan hissəsinin ev dustaqlığında keçirilməsi ilə bağlı qərar verilib.

Vəkillər məhkəmənin qərarından narazı olduqlarını və bəraət istədiklərini bildiriblər. Buna görə də şikayət veriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər