11 
Mar
2021
12:07
1180

Evinə qonaq gələn dostunu bıçaqladı

Daxili İşlər Nazirliyinin İmereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin Kutaisi Şəhər Bölməsinin əməkdaşları isti təqib ilə keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 1996-cı il təvəllüdlü İ.S.-nı qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

İstintaq müəyyən edib ki, bu il fevralın 24-də Kutaisidə təqsirləndirilən şəxs evinə qonaq gəlmiş 1978-ci il təvəllüdlü İ.Q.-nin bədəninə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları hadisədən bir neçə saat sonra isti təqibdlə təqsirləndirilən şəxsi saxlayıb.

Yaralı tibb müəssisəsində müalicə alıb, ancaq 10 Mart tarixində vəfat edib.

Təqsirləndirilən şəxs günahını etiraf edib. Polis cinayətin silahını – bıçağı sübut kimi götürüb.

Qəsdən adam öldürməyə cəhd faktı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə araşdırılır.

Cinayət 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın