
Ekaterine Tikaradze: "Yaradılan portal, vətəndaşlara kütləvi peyvəndləmə zamanı peyvənd növünü seçməyə imkan verir"
"Tərəfimizdən yaradılan və geniş ictimaiyyət üçün əlçatımlı olacaq portal vətəndaşlara peyvənd növünü seçmək imkanı verir".
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Naziri Ekaterine Tikaradze bildirib.
Ekaterine Tikaradzenin qeyd etdiyinə görə, kütləvi aşılama zamanı vətəndaşlara hansı peyvənd ilə aşılanmaq istədiklərini seçmək imkanı veriləcək.
“Vətəndaşlarımıza seçim imkanı verəcəyik. Dövlət bir sıra peyvəndlər üzərində çalışır. Əlbətdə ki, bu, "Astrazeneca" peyvəndi ilə yanaşı "Moderna" peyvəndi və hazırda avtorizasiya gözləyən müxtəlif peyvəndlərdir. Tərəfimizdən yaradılan və geniş ictimaiyyət üçün əlçatımlı olacaq portal vətəndaşlara peyvənd növünü seçmək imkanı verir. Peyvəndləmə prosesi bu şəkildə həyata keçiriləcək", - dedi Tikaradze.