Gürcüstanda daha dörd kəndin giriş-çıxışında postlar quruldu
Gürcüstan Hökuməti İdarələrarası Koordinasiya Şurası tərəfindən alınan qərara uyğun olaraq, Daxili İşlər Nazirliyinin vahidləri tərəfindən təşkil edilən "Kovid-19" -un yayılmasının qarşısını almaq və vətəndaşları fəal şəkildə izləmək məqsədilə Ozurqeti Bələdiyyəsinin Şroma kəndində, Lançxuti Bələdiyyəsinin Gğonaqora və Çoçxati, həmçinin Sameqrelo- Zemo Svaneti bölgəsində, Zuqdidi Bələdiyyəsinin Orsantia kəndində polis nəzarət nöqtələri qurulub.
InterPress.ge xəbər verir ki məlumatı Daxili İşlər Nazirliyi yayır.
İdarədən verilən məlumata görə, Quria bölgəsinin adı çəkilən kəndlərində xüsusi infrastruktur qurulub və Təcili İdarəetmə Xidmətinin əməkdaşları qeyd olunan nöqtələrdə sahə çadırları qurublar.
"İdarələrarası Koordinasiya Şurasının qərarına əsasən, sadalanan kəndlərə daxil olan və çıxan vətəndaşlara termosekrinq keçiriləcək. Lazım gələrsə oradaca testdən keçiriləcəklər. Vətəndaşların bu kəndlərə giriş-çıxışı qadağan deyil və başqa ciddi karantin məhdudiyyətləri yoxdur.
Polis Milli Xəstəliklərə Nəzarət Mərkəzinin əməkdaşları ilə birlikdə Kovid-19-a qarşı profilaktik tədbirlər görür.
Polis məmurları ictimai qaydanı və təhlükəsizliyi qorumaq üçün kəndləri intensiv şəkildə gəzirlər. Hüquq-mühafizə orqanları yerli əhaliyə virusun yayılmasının qarşısını almaq üçün davam edən profilaktik tədbirlər barədə müvafiq məlumatlar verir və lazım olduqda onlara kömək edirlər", - Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Daxili İşlər Nazirliyi vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə, maska taxmağa və mövcud qaydalara tabe olmağa çağırır. Gürcüstan ərazisindəki bütün şəxslər, xalqın sağlamlığı sahəsində Gürcüstan qanunvericiliyinin tələblərinə əməl etməyə borcludurlar.


