Son 24 saat ərzində sosial fəaliyyət və icazəsiz iqtisadi fəaliyyətlərə görə yeddi şəxs cərimələndi
Son 24 saat ərzində Əmək Müfəttişliyi sosial fəaliyyət və icazəsiz iqtisadi fəaliyyətlərə görə yeddi şəxsi, dörd fiziki şəxsi 2000 lari və hüquqi şəxsləri 10.000 lari cərimələyib.
InterPress.ge xəbər verir ki, bu barədə Əmək Müfəttişliyinin Əmək Təhlükəsizliyinə Nəzarət şöbəsindən bildirilib.
Məlumata görə, onlardan biri cinayət məsuliyyətini nəzərdə tutan təkrar cinayətdə təqsirli bilinib.
“Yoxlama zamanı məhdudiyyətlərə baxmayaraq, komendant saatı dövründə yüzdən çox insanın iştirakı ilə əyləncə tədbirləri və qanunsuz iqtisadi fəaliyyətin həyata keçirildiyi məlum oldu. Klub tipli əyləncə məkanı fəaliyyəti zamanı virusun yayılmasının qarşısını almaq qaydalarına da əməl olunmamışdır.
Əmək Müfəttişliyi nəzarət işlərini Daxili İşlər Nazirliyinin Patrul və Cinayət Polisi ilə koordinasiya olunmuş şəkildə davam etdirir. Müfəttişlik tətbiq olunmuş məhdudiyyətlərin icraasına nəzarəti davam etdiri və vətəndaşları onlara riayət çağırır, əks təqdirdə qanunla müəyyən edilmiş tədbirləri görəcəkləri üçün xəbərdarlıq edir”, - Əmək Müfəttişliyinin Əmək Təhlükəsizliyinə Nəzarət şöbəsindən bildiriblər.


