15 
Apr
2021
15:39
311

Gürcüstan və Ukrayna prezidentləri arasında telefon danışığı baş tutdu - nələr danışıldı?

Gürcüstan Prezidenti Salome Zurabişvili və Ukrayna Prezidenti Vladimer Zelenski arasında telefon danışığı baş tutub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyasından məlumat verilib.

Verilən məlumata görə, Gürcüstan Prezidenti Rusiya- Ukrayna sərhədində və Krımda yaranmış vəziyyətlə bağlı Ukraynaya həmrəyliyini dilə gətirdi.

Salome Zurabişvili Ukraynanın təxribatlara tab gətirməsinin vacibliyini vurğuladı və qeyd etdi ki, ümumi təhlükəsizliyimizin yeganə istiqamətində, yəni Avroatlantik inteqrasiyada hərəkət etmək lazımdır.

Hər iki ölkənin prezidentləri Qara dənizdəki təhlükəsizliyin vacibliyini və NATO-AB sammitində Gürcüstan və Ukraynanın ortaq hədəflərini təqdim etməyin vacibliyini vurğuladılar.

Prezident Administrasiyasından verilən məlumata görə, tərəflər Gürcüstan prezidentinin Ukraynaya gözlənilən səfərindən bu məsələlər üzərində işləmək üçün istifadə etmək barədə razılığa gəldilər.

Bizimlə əlaqə saxlayın