04 
May
2021
14:32
380

Turnava: "Restoranların, otellərin, turoperatorların əməkdaşlarının aşılanmasından sonra, kovid təhlükəsiz otellərimiz, restoranlarımız və şirkətlərimiz olacaq"

“Biz və turizm administrasiyası müxtəlif restoranların, otellərin, turoperatorların əməkdaşlarının müvafiq siyahılarını mümkün qədər tez tərtib etmək və könüllü peyvəndləmələrini ən qısa müddətdə təşkil etmək üçün müxtəlif assosiyasiyalarla çalışırıq, bu turist assosiyasiyası, restoranlar assosiyasiyası və otellər assosiyasiyasıdır.”

InterPress.ge xəbə r verir ki, bu barədə İdarələrarası Koorinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə İqtisadiyyat naziri Natia Turnava deyib.

Onun sözlərinə görə, işçilərinin əksəriyyətinin peyvənd olunacağı təşkilatlar və şirkətlər təhlükəsiz otellər və restoranlar hesab ediləcəklər ki, bu da Gürcüstanın turizm sənayesini sürətlə bərpa etməsinə kömək edəcəkdir.

“Baş nazirin təlimatı ilə turizm sənayesinin aşılama baxımından prioritet bir qrup olmasına qərar verdik. Turizm sənayesini, beynəlxalq platformada marketinq dəstəyini çox sürətlə bərpa etmək, turizm sənayemizin təhlükəsiz olduğunu dünyaya tam çatdırmaq bizim üçün vacibdir. Bu, təbii ki, sürətli aşılama yolu ilə mümkündür. Aşılama iqtisadiyyatı sürətlə bərpa etməyin yeganə yoludur. Biz və turizm administrasiyası müxtəlif restoranların, otellərin, turoperatorların əməkdaşlarının müvafiq siyahılarını mümkün qədər tez tərtib etmək və könüllü peyvəndləmələrini ən qısa müddətdə təşkil etmək üçün müxtəlif assosiyasiyalarla çalışırıq, bu turist assosiyasiyası, restoranlar assosiyasiyası və otellər assosiyasiyasıdır. Nəticədə, işçilərinin böyük əksəriyyətinin, əlbəttə ki, Səhiyyə Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun olaraq aşılanacağı təşkilatlar və şirkətlər, kovid təhlükəsiz otellər, restoranlar və şirkətlər hesab ediləcək. Bütün dünya Gürcüstanda bu və ya digər restoran və ya otelin təhlükəsiz olduğunu biləcək, bu da turizm sənayesini sürətlə bərpa etməyimizə kömək edəcək", - dedi Turnava.

Bizimlə əlaqə saxlayın