13 
May
2021
13:52
304

Amiran Qamğrelidze "Sinovac" peyvəndinin keyfiyyətindən danışdı

"Çin peyvəndi "Sinovac" digər peyvəndlərə nisbətən daha az yan təsirə malikdir".

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəiklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

Qamğrelidzenin qeyd etdiyinə görə, Ümumdünya Səhiyyə Təşkilatının Elmi Mütəxəssislər Komitəsinin "Sinovac" mövzusunda ilkin qiymətləndirməsi "olduqca yaxşıdır".

"Çin Gürcüstana 100 min doza peyvənd hədiyyə etdi. Bu peyvəndlə Çində və dünyanın digər yerlərində 100 milyondan çox insanı peyvənd edilmişdir. Bu peyvəndin tətbiqinə gələn həftə başlanılması planlaşdırılır. Bu həm də 18 yaşdan yuxarı əhalidə də istifadə olunacaq ənənəvi metodu əsas götürən bir peyvənddir.

Sinopharmdan fərqli olaraq, ikinci dozanı daha erkən istifadə etmək olar, bu 14 gündən 28 günə qədərdir, kovidə qarşı digər peyvəndlərdən fərqli olaraq, daha az yan təsirlərə malikdir.

Bir neçə hüquqi məsələ həll olunasıdır.

Yaxın gələcəkdə "Sinovac" ın ÜST tərəfindən səlahiyyət alacağını gözləyirik. Dünya Səhiyyə Təşkilatının Elmi Mütəxəssislər Komitəsinin ilkin qiymətləndirməsinə görə, "Sinovac" olduqca yaxşı qiymətləndirməyə malikdir.

Düşünürəm ki, bir həftə ərzində Gürcüstan əhalisi üçün əlçatan olacaq”, - dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın