14 
May
2021
10:22
668

Gürcüstanda kişi əvvəlcə qadını öldürdü, özü isə intihar etdi

Batuminin Kobaladze küçəsində 2 nəfər ölü tapılıb.

InterPress.ge xəbər verir ki, kişi 19-cu mərtəbədən atlayaraq intihar edib, qadının cəsədi isə yaşayış binasının mənzillərindən birində tapılıb.

Yerli sakinlərin dediyinə görə, kişi əvvəlcə qadını öldürüb, sonra intihar edərək həyatına son verib. İlkin məlumata görə, ölənlər xarici vətəndaşlardır.

Hüquq-mühafizə orqanları hadisə yerində işləyir. İstintaq orqanı hadisə ilə bağlı rəsmi məlumat yaymayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər