21 
May
2021
10:57
406

Bu gündən "Sinovak" peyvəndi üçün qeydiyyat başlayır

Çin istehsalı "Sinovak" peyvəndi vurdurmaq istəyənlərin qeydiyyatı bu gün saat 12:00- dan, peyvəndləmə prosesi isə 24 may tarixindən başlayacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayır.

Verilən məlumata görə, Çin istehsalı "Sinovak" "Sinofarm" peyvəndi kimi ənənəvi üsullarla hazırlanıb və 18 yaşdan yuxarı şəxslərin istifadəsi üçün yararlıdır.

"Peyvəndlənmək üçün 2- ci dozanın qəbulu 21 günlük ara ilə qəbul edilir. Rəsmi statistikaya görə, müxtəlif ölkələrə paylanan 260 milyon Sinovak peyvəndi dozası İmmunizasiya Ekspertlərinin Strateji Qrupu tərəfindən müsbət qiymətləndirilib. Dünya Səhiyyə Təşkilatı, İctimai Səhiyyə Müəssisələri və peşəkar həkimlər Covid-19- za qarşı peyvəndi tövsiyə edirlər"- məlumatda bildirilir.

Nazirlik peyvənd üçün qeydiyyat portalını (https://booking.moh.gov.ge/) və qeydiyyat təlimatlarının veb səhifəsini (https://fb.watch/4c2mI8hKtj/) yayır.

Bizimlə əlaqə saxlayın