22 
Iyn
2021
20:42
359

Tenqiz Çerçvadze: "Düşünürəm ki, maska taxmaq məcburiyyətinin ləğv edilməsi halların artmasına səbəb olmayacaq"

"Gürcüstanda məhdudiyyətlər başqa yerlərə nisbətən daha az, daha ağıllı və daha ölçülü olsa da, burada məhdudiyyətlərin yüngülləşdirilməsinə digərlərindən daha erkən başlanıldı".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi İnfeksion Xəstəlikləri Xəstəxanasının direktoru Tenqiz Çerçvadze açıqlama verib.

O, cəmiyyətin qaydalara riayət edəcəyi təqdirdə koronavirus hallarının sayının artmayacağını söyləyib.

“Sonda hərəkət məhdudiyyəti və maska taxmaq qalmışdı. Camaat bundan da yoruldu. Cəmiyyətin əksəriyyətində bu tələb olduğundan, dinamikanın sabit olmasından və bir qədər azalmasından, üçüncü dalğanın zirvəsinin bitdiyindən, hökumət bu qərarı verdi. Məncə, digər iki qaydaya riayət etsək - biri qapalı yerlərdə maska taxmaq, digəri isə izdihamlı toplantılardan çəkinməkdir - o zaman açıq məkanda bu məcburiyyətin ləğv edilməsinin halların artmasına səbəb olmayacağını düşünürəm. Bu, mənim fikrimdir, haqlı ola bilər və ya olmaya bilərəm, bunu yaxın iki həftə göstərəcək. Heç kim məndən soruşmayıb, amma mən şəxsən açıq məkanda maska taxmağın ləğv edilməsinin tərəfdarı idim”, - dedi Çerçvadze.

Bizimlə əlaqə saxlayın