20 
Okt
2026
12:35
125

Fransadan sonra Albaniyada etirazlar şidətlənib

Albaniyanın paytaxtı Tiranada etiraz aksiyalarının iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar yeddinci gündür davam edir.

InterPress.ge xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Etirazçılar Baş nazir Edi Ramanın istefasını, ölkə universitetlərində təhsil şəraitinin yaxşılaşdırılmasını və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini tələb edirlər.

Hakimiyyətin məlumatına görə, etiraz aksiyaları zamanı baş verən iğtişaşlar nəticəsində 295 nəfər, o cümlədən 186 polis əməkdaşı xəsarət alıb.

Etirazlar fonunda Albaniyanın Baş naziri Edi Rama polis rəhbərləri ilə görüşüb.

“Dövlət bununla bağlı danışıqlara başlayanda, bu, dövlətin süqut etdiyi anlamına gəlir. Avropa və ABŞ-dakı qaranlıq qüvvələr gənclərin radikallaşmasına səbəb olub. Albaniya yaxşı əlaqələndirilmiş hücumun hədəflərindən birinə çevrilib”, – deyə Edi Rama bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər