20 
Okt
2026
11:52
167

Təqaüdçüləri aldadaraq 43 792 lari mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb

Gürcüstanın Kutaisi şəhərində təqaüdçüləri aylıq 200 lari məbləğində yardım təyin ediləcəyi vədi ilə aldadaraq, onların bank tətbiqləri vasitəsilə kreditlər götürməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs təqaüdçülərə aylıq 200 lari yardım təyin olunacağını vəd edib. Daha sonra onların şəxsi məlumatlarını gizli şəkildə əldə edərək mobil telefonlarında olan bank tətbiqləri vasitəsilə kreditlər aktivləşdirib.

Bu cinayət əməlləri nəticəsində şübhəli şəxs ümumilikdə 43 792 lari məbləğində vəsaiti qanunsuz olaraq ələ keçirib.

Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi hakim qərarı əsasında Tbilisidə saxlayıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 286¹-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər