20 
Okt
2026
17:29
88

İrakli Kobaxidze: 2031-ci ilin sonunadək bütün avtomobil yollarının tikintisi tam başa çatdırılacaq

“Bizim məqsədimiz 2031-ci ilin sonunadək bütün avtomobil yollarının tikintisini tam başa çatdırmaqdır. Tbilisi ətraf yolu da bu planın tərkib hissəsidir”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Hökumət başçısının sözlərinə görə, plana əsasən, 2030-cu ilədək Sarpi sərhəd-keçid məntəqəsindən Qırmızı Körpü və Sadıxlı istiqamətlərinə qədər fasiləsiz, dörd zolaqlı avtomobil yolu təmin ediləcək.

“Bizim dəqiq məqsədimiz var: 2031-ci ilin sonunadək bütün avtomobil yollarının tikintisini tam başa çatdırmaq. Tbilisi ətraf yolu da bu planın tərkib hissəsidir. Bu yol sərhədlər arasında əlaqənin asanlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Planımıza əsasən, 2030-cu ilədək Sarpidən Qırmızı Körpüyə və Sadıxlıya qədər fasiləsiz, dörd zolaqlı avtomobil yolu təmin ediləcək. Bu avtomobil yolu Tbilisinin də ətrafından keçəcək və şəhərdə nəqliyyat yükünün azaldılması baxımından da böyük əhəmiyyət daşıyır. Müvafiq olaraq, bu investisiya mütləq həyata keçiriləcək”, – deyə Baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər